Kimyaçı Mühəndis

  • Company
  • Elanın qoyulma tarixi: 24.02.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə tələbləri:

  • Tətbiqi kimya, kimya və ya kimya mühəndisliyi ixtisası üzrə ali təhsilli olmalı;
  • Bu sahədə ən azı 3 illik iş təcrübəsinə sahib olmalı;
  • Əməyin mühafizəsi, qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
  • Keyfiyyətə təminat sistemləri və onların sertifikatlaşdırılmasına dair bilikləri olmalı;
  • Araşdırma və analizetmə bacarığı olmalı;
  • Analizlər üçün nümunə alma qaydalarını bilməli;
  • Texnoloji proses parametrlərinin keyfiyyət parametrlərinə təsirini bilməli;
  • Mikrobioloji analizlər haqqında anlayışı olmalı;
  • Laboratoriya cihazlarına aid standart maddə və materialların istifadə, saxlama və daşıma qaydalarını bilməli;
  • Kimyəvi reaktivlərin, maddələrin saxlanma şərtlərini bilməlidir.

İş təsviri:

  • İş təlimatlarına, AZS, Avropa, başqa regional və beynəlxalq standartlara uyğun analizlərin yerinə yetirilməsi;
  • Laboratoriyada istifadə olunan məhlul və qarışıqların hazırlanması;
  • Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi;
  • Müxtəlif metodikalarla araşdırma analizlərini keçirilməsi və nəticələrin müqayisə edilməsi;
  • Cihazların vaxtaşırı (iş təlimatlarına uyğun) kalibrasiyasının edilməsi;
  • Laboratoriya qurğularında ortaya çıxan problemlərin həll edilməsi;
  • Hazır məhsullarda müxtəlif maddələrin təsbitini, nəticələri standartlarla müqayisə edilməsi;
  • Kimyəvi maddə, reaktiv və hazırlanan məhlulların effektivliyini və sərfiyyatını hesablaması;
  • Xam maddə, yarıməhlul və hazır məhsul, köməkçi, işlətmə sərf və digər maddələrin kimyəvi-fiziki analizlərini aparılması.

 

Şirkətin fəaliyyət sahəsi: İstehsal.

İş qrafiki: Növbəli və Standart

Maaş: 800-1500 azn.

Tələblərə cavab verən namizədlər öz CV–lərini e-poçt ünvanına “Kimyaçı Mühəndis” başlığını qeyd edərək [email protected] göndərə bilərlər.