Anbardar

  • Kristal Abşeron
  • Elanın qoyulma tarixi: 20.02.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Əmtəə maddi sərvətlərin anbara qəbulu, mühafizəsi və buraxılması, yenidən geri alınması, anbar sahəsindən səmərəli istifadə etmək üçün onların düzgün yerləşdirilməsi, lazım olan material, inventar və s. təcili axtarılmasının asanlaşdırılmasına rəhbərlik;
  • Anbara yığılmış əmtəə maddi sərvətlərin saxlanılmasının, mühafizə rejiminə əməl edilməsinin, əməliyyatların hesabının aparılmasının təmin edilməsi;
  • Rəsmiləşdirmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsinin təmin edilməsi, müəyyən olunmuş hesabatın tərtib edilməsi;
  • Anbar analizi və istifadə müddəti qısa olan məhsulların zamanında realizə edilməsi.

İş şəraiti:

  • 6 günlük iş qrafiki;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 1-3 illik iş təcrübəsi;
  • Azərbaycan dili mükəmməl;
  • Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları), ERP arzuolunandır;
  • Komandada işləmək bacarığı;

Sosial imtiyazlar: Nahar təminatı

https://glorri.com/kristalabsheron/621321e2b59b6f743bc31440-Anbardar?sources=JobSearch

İşəgötürənin reytinqi