Feldşer

İşin təsviri

İş barədə məlumat:

  • İşçi personalına ilkin tibbi yardımın göstərilməsi;
  • İşə yeni qəbul edilən işçilərin sağlamlıq haqqında arayışının yoxlanılması;
  • Hər bir sahədə baş verən qəzaların qeydiyyata alınması;
  • Kəskin xəstəliklər və bədbəxt hadisələr zamanı ilkin təxirəsalınmaz tibbi yardımın göstərilməsi, gələcəkdə onların qarşısının alması üzrə təkliflər verilməsi;
  • İlk tibbi yardımdan sonra xəstənin xəstəxanaya göndərilməsi və ya ehtiyac olan zaman müşayiət edilməsi;
  • Gündəlik müraciət edən işçilərin lazımi olan dərmanlarla təmin edilməsi, jurnala qeyd edilməsi;
  • Tibb məntəqəsinə təhvil verilən dərmanların istifadə müddətinin nəzarətdə saxlanılması;
  • Əmək intizamına, müəssisədaxili nizam-intizam qaydalarına əməl olunması;
  • İş yerində sanitariya, gigiyena, yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarına əməl olunması;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları icra etməsi.

İş şəraiti:

  • İş yeri: Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində;
  • İş qrafiki 6 günlük (altıncı günü qısadılmış);
  • Yemək gündə 3 dəfə təmin edilmə;
  • Yaşayış ilə təmin edilmə;
  • AR qanunvericiliyinə uyğun sənədləşmə;
  • Mehriban kollektiv;
  • Peşəkar inkişaf imkanı;
  • Daha ətraflı məlumat intervyu zamanı veriləcək.

Namizədə tələblər:

  • Orta tibbi təhsil və tibbi sertifikatlara malik olmalıdır;
  • Müvafiq vəzifədə iş təcrübəsi olması: hərbi sahədə - 3 il, mülki sahədə - 3-5 il;
  • Ünsiyyətcil və komandada çalışma bacarığına sahib olmalı;
  • İngilis dili biliyi arzuolunandır;
  • “Microsoft Office” kompüter proqramlarından istifadə etmək bacarığı üstünlükdür;
  • Fiziki cəhətdən sağlam olmalı.

Əmək haqqı artandır. Minimum 700 AZN-dən başlamaqla. (Namizədlərin bilik və təcrübəsinə əsasən əmək haqqı müsahibə zamanı razılaşdırılacaq)

Elektron poçtun “Mövzu” yerinə “Feldşer” qeyd etməklə öz CV-lərinizi [email protected]  göndərə bilərsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Qaya Safety Solutions tərəfindən digər vakansiyalar