Mal qəbuledici

  • Boutique Bazaar
  • Elanın qoyulma tarixi: 23.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə təlimatları:

  • Malların qəbulu və ixracını operativ şəkildə təmin etmək; 
  • Anbara verilən sorğuların vaxtı-vaxtında cavablandırmaq; 
  • Verilən qaimə və hesab fakturalar əsasında anbardaki prosesləri icra etmək; 
  • Anbarda mütəmadi olaraq sayımlar aparmaq və buna uyğun hesabatlar hazırlamaq; 
  • Məhsulların bitmə tarixinə və sistemdən silinməsinə nəzarət edilmək və bu prosesi maksimum izləmək;
  • Rəhbərliyin tapşırığı əsasında icra olunacaq işləri və hesabatları vaxtında yerinə yetirmək;

Namizəd üçün tələblər:

  • Təhsil: Orta texniki təhsil və ya tam orta təhsil
  • Təcrübə: Müvafiq sahədə minimum 1 il təcrübə;
  • Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilmək;
  • Yaş həddi : 18-40
  • Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
  • Kollektivlə işləmə bacarığı;
  • Operativ, gördüyü işə cavabdehlik;
  • Yüksək riyazi hesablama qabiliyyətli;
  • Rus dili biliyi arzuolunandır.

İş şəraiti:

  • İş qrafiki: Həftədə 6 gün iş, 1 gün istirahət ( Növbəli iş qrafiki )
  • İşə qəbul: AR Əmək Məcəlləsinə əsasən sənədləşmə aparılır
  • Əmək haqqı: 500  AZN 
  • İş yeri – Bakı şəhəri
  • İş saatları: 09:00 – 18:00 
  • Nahar və çay fasiləsi
  • Nahar şirkət hesabına verilir .

Göstərilən tələblərə uyğun olan namizədlər mövzu yerində “Mal qəbuledici” yazmaqla öz CV formalarını,  qeyd olunan [email protected] e-mail ünvanına göndərə bilərlər. 

Boutique Bazaar tərəfindən digər vakansiyalar