Operator

  • Boutique Bazaar
  • Elanın qoyulma tarixi: 23.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə təlimatları:

  • Şirkətin anbarına daxil edilən malın sənəd dövriyyəsi və uçot işini təmin etmək;
  • Anbara verilən sorğuların vaxtlı- vaxtında və tam şəkildə cavablandırılması və prosesin anbar idarəetmə sistemində əks olunmasını təmin etmək;
  • Aidiyyatı sahə üzrə qaimələrin və hesab fakturaların hazırlanmasını həyata keçirmək;
  • İşin gedişatı zamanı yarana biləcək hər hansısa müstəsna və fövqəladə vəziyyətlərin izlənilməsi və aradan qaldırılmasını təmin etmək;
  • Birbaşa rəhbərin tapşırıqları əsasında funksiyaları icra etməli;

Namizəd üçün tələblər:

  • Təhsil: Ali təhsil
  • Təcrübə: Müvafiq sahədə minimum 1 il təcrübə;
  • Kompüter bilikləri (MS Office, Excel) yaxşı səviyyədə;
  • Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
  • Kollektivlə işləmə bacarığı;
  • Operativ, gördüyü işə cavabdehlik;

İş şəraiti:

  • İş qrafiki: Həftədə 6 gün iş, 1 gün istirahət
  • İşə qəbul: AR Əmək Məcəlləsinə əsasən sənədləşmə aparılır
  • Əmək haqqı: 500 AZN 
  • İş yeri – Bakı şəhəri
  • İş saatları: 09:00 –18:00
  • Nahar və çay fasiləsi
  • Nahar şirkət hesabına verilir .

Göstərilən tələblərə uyğun olan namizədlər mövzu yerində “Operator” yazmaqla öz CV formalarını,  [email protected]z qeyd olunan e-mail ünvanına göndərə bilərlər. 

Boutique Bazaar tərəfindən digər vakansiyalar