SAP FI CO modulu üzrə maliyyə mütəxəssisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Layihə qrupunun üzvü kimi bir və ya daha çox layihələrdə iştirak etmək;
  • SAP BRP sistemində FI modulu və onun komponentlərinin fasiləsiz və müntəzəm istismarının  təmin edilməsi, texniki dəstəyin göstərilməsi;
  • Sistemin daim inkişafı və optimallaşdırılması üçün təkliflər vermək;
  • Lazımi funksional və texniki layihələri, modelləri, komponentləri, vahid testləri və sənədləri təqdim etmək;
  • CIC-nin informasiya təhlükəsizliyi tələblərinə riayət etmək;
  • CIC Rəhbərliyinin idarəetmə tələblərinə  riayət etmək;
  • İşin keyfiyyətini artırmaq və ya buna kömək olacaq fikirləri irəli sürmək bacarığına malik  olmaq;
  • Departament rəhbərinin, menecerinin və aparıcı proqam məsləhətçisinin verdiyi tapşırıqları icra etmək;

Bilik və bacarıqlar:

  • Ali texniki və ya İqtisadi təhsil (İqtisadiyyat, Kompüter elmləri, İnformasiya sistemləri və digər müvafiq sahələr üzrə)
  • SAP FI və ya CO modulları üzrə ən azı 3 il iş staj;
  • F3,F7 və ya DipIFR sertifikatların olması üstünlükdür;
  • SAP FI və ya CO modulu üzrə ümumi və praktiki biliklər;
  • Hesabat dövrünün bağlanılması proseduruna yiyələnmək və mövcud prosedurda iştirakın olması
  • Texniki sənədlərin və əməkdaşlar üçün təlimatların hazırlanmasını bacarmaq;
  • Rus və İngilis dili biliyi (texniki səviyyədə mütləqdir);
  • Komandada işləmək bacarığı,
  • Stresə dözümlük
  • Tapşırıqların texniki həllinə analitik yanaşmaq;
  • Tapşırıqları müstəqil şəkildə yerinə yetirmək bacarığı;

Müraciət edilən vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə 21.02.2022-ci il tarixinədək CV-nizi [email protected] göndərməyiniz xahiş olunur.

Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.