SAP HCM (HR) modulu üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Layihə qrupunun üzvü kimi bir və ya daha çox, sadə və orta səviyyəli layihələrdə işləmək;
  • SAP sistemlərini və tətbiqlərini texniki dəstəkləmək, SAP sistemlərin və tətbiqlərin istifadəsi üçün istifadəçilərə dəstək vermək;
  • SAP sistemi tətbiqlərini nəzarət etmək və problemləri həll etmək üçün müəyyən edilmiş prosedurları yerinə yetirmək;
  • SAP sistemlərinin və əsas alt sistemlərin monitorinq hədlərini və alarmlarını müəyyənləşdirmək;
  • Sistem komponentlərini səhvlərlə bağlı müntəzəm olaraq yoxlamaq, düzəlişlər aparmaq, kompleks problemləri aradan qaldırmaq və SAP sistemindən kənar sistemlərlə inteqrasiya qurmaq
  • SAP modullarını əhatə edən proqram təminatı və sistem problemlərinini aradan qaldırmaq
  • Standart əməliyyat prosedurları üçün nəzarət siyahıları yaratmaqda kömək etmək;
  • Server və klient avadanlıqları/proqram konfiqurasiyaları kimi müştəri dəstəkləri üçün sənədləri hazırlamaq;
  • Yeni SAP texnologiyalarını araşdırmaq, qiymətləndirmək və tətbiq etmək;
  • CIC informasiya təhlükəsizliyi tələblərinə riayət etmək;

Bilik və bacarıqlar:

  • Kompüter elmləri, İnformasiya sistemləri və ya İqtisadiyyat üzrə ali təhsil
  • Sistemlərin və verilənlər bazasının idarə edilməsi üzrə biliklər
  • İnsan Kapitalının İdarəedilməsi prosesləri üzrə biliklər (İnsan Resursların inzibatçılığı və Əmək haqqı hesablanması prosesləri daxil olmaqla)
  • Biznes və idarəetmə prinsiplərinin anlamaq bacarığı
  • İngilis dili
  • Ünsiyyət bacarığı
  • Planlaşdırma və təşkilatçılıq
  • Təşəbbüskarlıq
  • Dürüstlük
  • Komanda İşi

Müraciət edilən vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə 21.02.2022-ci il tarixinədək CV-nizi [email protected] göndərməyiniz xahiş olunur.

Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.