İşin təsviri
Namizədə dair tələblər:
- Maliyyə və ya İqtisadiyyat sahəsində ali magistr təhsili;
- Büdcə planlaşdırılması, xərclərə nəzarət, maliyyə hesabatlılığı sahəsində təcrübə və biliklər;
- Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;
- MS Office proqramlarından (xüsusilə MS Excel, Power Point) təkmil istifadə bacarığı (1C üzrə biliklər üstünlükdür);
- Səlis Azərbaycan dili və yaxşı səviyyədə ingilis dili bilikləri (rus dili bilikləri üstünlük hesab olunur);
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Bank təcrübəsi və beynəlxalq maliyyə ixtisaslaşması (məs. ACCA, CIMA) olan namizədlərə üstünlük veriləcəkdir.
İşin təsviri:
- Büdcə layihələrinin hazırlanmasında struktur bölmələrin məsləhətçisi qismində çalışmaq;
- Struktur bölmələrdən əldə olunan büdcə məlumatlarının dəqiqlik və dolğunluq baxımından təhlil edilməsi, icmallaşdırılması və illik icmal büdcənin hazırlanmasında iştirak;
- Bank üzrə ümumi xərclərə nəzarət etmək və bununla əlaqədar rəhbərlik üçün lazımı hesabatlar hazırlamaq;
- Hər bir hesabat dövrünün sonunda büdcə məlumatlarını faktiki göstəricilərlə müqayisə etmək və kənarlaşmaların səbəblərini aydınlaşdıraraq məruzə etmək;
- Struktur bölmələr tərəfindən vəsaitlərin istifadəsinə nəzarət;
- İşgüzar mühitdə mühüm dəyişikliklər olduğu təqdirdə büdcə modelini yeniləmək.
QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E - mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34