Elektrik

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müəssisənon enerji təchizatının fasiləsiz təmin edilməsi üçün olaraq bütün enerji təsərrüfatını yoxlayır və gündəlik olaraq Baş energetikə məruzə edir.
  • Elektrik avadanlıqlarının texniki cəhətdən düzgün istismarını və təmirini təşkil edir.
  • Enerji təsərrüfatının istismarı üçün lazım olan ehtiyat hissələrinin əldə edilməsi üçün sifarişləri vaxtında Baş energetikə məlumat verir.
  • Enerji qurğularının davamlı və təhlükəsiz işinə nəzarət edir. 
  • Elektrik keçiricilərinin üstü açıq olmamasına nəzarət edir, qısaqapanmanın yaranmaması üçün lazımi addımları atır.
  • Elektirik qurğularının, nəzarət-ölçü, elektrik cihazlarının təhlükəsiz istismarını, yeraltı qurğuların və kommunikasiyaların qorunması üzrə işlərin aparılmasını təmin edir.
  • Elektrik cihazlarının təmiri və yoxlanılmasını icra edir.
  • Elektrik avadanlıqlarını, həmçinin elektrik enerjisinin sərfini təhlil edir, qəzalar və onların səbəblərini haqqında Baş energetikə məlumat verir.
  • Enerji qurğularının daha gərgin şəraitdə işləməsi üzrə hazırlıq tədbirlərini icra edir.
  • Profilaktik təmirlərin, texniki yoxlamanı yerinə yetirilməsini icra edir.
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrasını yerinə yetirir

Tələblər:

  • Elektrik və ya Elektroenergetika üzrə ali təhsil
  • Müvafiq sahə üzrə 1-3 il təcrübə

Səriştələr:

  • Məsuliyyətli
  • Şəxsi inkişafa meylli
  • Pozitiv
  • Özünütəşkiletmə qabiliyyəti
  • Nailiyyət yönümlülük
  • Etibarlılıq
  • Dürüstlük

Əlavə məlumat:

  • Əmək haqqı 650 AZN; 
  • İş qrafiki:  Növbəli iş rejimi
  • İş yeri: MKT İK MMC, Bakı Tekstil İdarəsi
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

 

Email: [email protected]