Satışa Dəstək Qrupunun Rəhbəri

İşin təsviri

Namizədə dair tələblər: 

  • Ali təhsilli, Xanım Namizədlər;
  • Satış və ya müvafiq sahə üzrə 3 illik təcrübə;
  • Azərbaycan və Rus dilini səlis bilmək mütləqdir;
  • Kompüter istifadə etmək bacarığı (Outlook, MS Word), MS Excel proqramını mükəmməl bilməli; 
  • Güclü təşkilati bacarıqları, ünsiyyətcil və danışıq aparmaq bacarığı;
  • Komanda daxilində işləmə bacarığı;
  • Yaş : 25-35;

İş barədə məlumat: 

  • Şirkətin strateji satış  planının icrasını həyata keçirmək ;
  • Bazara nüfuz və müqayisə etmə fəaliyyəti;
  • Bazar monitorinqini həyata keçirmək,rəqiblərin qiymət təkliflərini araşdırmaq;
  • Satış sahəsinin inkişafı məqsədilə yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
  • Qoyulmuş hədəflərə əsasən xidmətlərin satışı və müştəri portfelinin böyüdülməsi;
  • Müştərilərin qorunub saxlanılması təşəbüslərinin hazırlanması;
  • Müştəri rəylərinə əsasən yeni təkliflərin hazırlanması;

Təminatlar: 

  • Korporativ telefon danışıq haqqının ödənilməsi;
  • AR qanunvericiliyinə uyğun sənədləşmə;
  • Nahar şirkət tərəfində təmin olunur;
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • İş qrafiki : 5 gün (09:00-18:00)
  • İş yeri : Bakı şəhəri Məhəllə 2074-2077, Köndələn küç 10, (Ulduz metrosu yaxınlığında) 

Əmək haqqı müsahibə əsasında razılaşdırılacaq və əmək haqqının verilməsində heç bir halda gecikmə ola bilməz;

Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı emailə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı yazılmalıdır. 

Email: [email protected]