Avtomobillərin qiymətləndirilməsi üzrə mütəxəssis

  • City Finance BOKT
  • Elanın qoyulma tarixi: 17.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hansı özəlliklərə malik olmalıdır?

  • Ali və ya orta təhsil
  • Yüksək təhlil bacarığı
  • Sürücülük vəsiqəsinin olması
  • Avtomobil idarəetmə bacarığının olması
  • Qiymətləndirmə və ya avtomobil sahəsində minimum 3 il iş təcrübəsi
  • Qiymətləndirmə fəaliyyətini tənzimləyən qanun və normativ aktlar haqqında ətraflı nəzəri və praktiki biliklərinin olması

Avtomobillərin qiymətləndirilməsi üzrə mütəxəssis nə iş görür?

  • Avtomobillərə vizual baxışın keçilməsi
  • Fotogörüntü qeydlərinin aparılması
  • Qiymətləndirmə üçün lazım olan sənədlərin araşdırılıb, təhlil edilməsi, çatışmayan sənəd olduqda müştəridən tələb edilməsi
  • Avtomobillərin dəyərinin müəyyən olunması üçün uyğun metodun təyin edilməsi 
  • Satışda olan avtomobillərin xüsusiyyətləri (növü, istehsal ili, motorun gücü, texniki vəziyyəti və imkanları, yürüşü, rəngi və s.) haqqında məlumatlı olub, bu göstəricilərə əsasən onların bazar və likvid dəyərinin təyin edilməsi
  • Qiymətləndirməyə dair hesabat layihəsinin hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Əlavə məlumat:

  • 5 günlük iş qrafiki: 09:30 – 18:30
  • Əmək haqqı: Sabit əmək haqqı + bonus

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Avtomobillərin qiymətləndirilməsi üzrə mütəxəssis” qeyd etməklə [email protected]z e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti  mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.