Baş mühasib

İşin təsviri

İş haqqında:

  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir.;
  • Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil edir. Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil edir. Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsi, tələbat fonduna və digər ehtiyat fondlarına ayırmaları tərtib edir;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir;
  • Pul vəsaitləri və mal-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak edir, lazımi hallarda müvafiq işlərin hüquq-mühafizə orqanlarına verilməsinə nəzarət edir
  • Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görür. Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edir.
  • Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edir.
  • Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək

Tələblər:

  • Ali təhsilli olmalı (riyazi və ya iqtisadi sahə üzrə bitirənlərə üstünlük veriləcəkdir)
  • Göstərilən sahə üzrə min. 3-5 il iş təcrübəsi
  • MS Office və 1C proqramlarında mükəmməl işləmək bacarığı
  • Vergi Məcəlləsini bilməli
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli 
  • Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli 
  • Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti
  • Ünsiyyət qura bilməli, punktual, diqqətcil və məsuliyyətli olmalı.
  • Azərbaycan dili - əla, Rus dili və İngilis dili yaxşı səviyyədə;

Əsas təminatlar:

  • Nahar ilə təmin olunur, 
  • Aylıq mobil rabitə limiti ilə təmin olunur, 
  • Tibbi sığorta ilə təmin olunur.
  • İşçilərin iş yerinə rahat gediş-gəlişi üçün servis avtobusları fəaliyyət göstərir. 

İş yeri: Bakı şəh., Qaradağ rayonu, Şıx qəsəbəsi, Salyan şossesi 12-ci km.

İş rejimi və vaxtı: 5 günlük 8:30-17:00

Əmək haqqı: 1500-1800 AZN

 Uyğun namizədlər mövzu bölümündə “Baş mühasib” yazaraq CV-lərini [email protected]  e-mail ünvanına göndərə bilərlər.