Həkim(feldşer)

İşin təsviri

Əmək haqqı: 500 AZN
İş yeri: Xırdalan şəhəri

Namizədə tələblər:

  • Tibb təhsili
  • Minimum 3 il iş təcrübəsi.
  • Xırdalan şəhəri və yaxın ətrafda yaşayan namizədlərə üstünlük verilir.
  • Təqaüddə olan hərbi həkimlərə üstünlük verilir.

İş öhdəlikləri:

  • İş öncəsi bütün işçilərin təzyiqinin və hərarətinin ölçülməsi, alkotest edilməsi;
  • İşə yeni qəbul edilən işçilərin sağlamlıq haqqında arayışının yoxlanılması – SƏTƏM şöbəsinin rəisinə məlumat verilməsi (İşə qəbul sənədinə qeyd edilməklə) ;
  • Hər bir sahədə baş verən qəzaların qeydiyyata alınması, ilkin tibbi yardımın göstərilməsi 
  • Ehtiyac olduğu təqdirdə təcili tibbi yardıma (103) müraciət edib - çağrılması;
  • Gündəlik müraciət edən işçilərin lazımi olan dərmanlarla təmin edilməsi, qeydiyyat vərəqəsinə və jurnalına qeyd edilməsi;
  • Tibb məntəqəsinə təhvil verilən dərmanların istifadə müddətinin nəzarətdə saxlanılması
  • Əmək intizamına, müəssisədaxili nizam-intizam qaydalarına əməl olunması
  • İş yerində sanitariya, gigiyena, yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarına əməl olunması
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları icra etmək

İş qrafiki:

  • 6 günlük iş norması, 
  • Nahar şirkət tərəfindən verilir.
  • Servis təmin olunur

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına “həkim(feldşer)” başlığı ilə [email protected] göndərə bilər.