İdarəçilik üzrə təcrübə proqramı

İşin təsviri

Tələblər:

  • İqtisadiyyat, Menecment, Beynəlxalq Münasibətlər, Regionşünaslıq, Sosial İş və əlaqəli ixtisaslarda təhsil alan II, III, IV kurs və ya magistr tələbələri və ya yeninməzun;
  • 18-30 yaş aralığı;
  • Səlis Azərbaycan dili;
  • Xarici dil bilikləri: Rus və ya İngilis dili (arzuolunandır);
  • Öyrənməyə həvəsli, detallara diqqətli, punktual və məsuliyyətli, gülərüz və çevik;
  • Həvəsli, bacarıqlı və tələbkar;
  • Komandada işləmək bacarığı;
  • MS Office baza bilikləri;

Təcrübə proqramı sizə nə qazandıracaq:

  • Sonda referans məktubu (yalnız nümunəvi əməkdaşlara) ;
  • 2 aylıq təmənnasız ingilis dili paketi;
  • Sonda beynəlxalq sertifikat;

Layihələrin İdarəedilməsi ilə bağlı keçiriləcək mövzular:

  1. Hazırda dünya üzrə layihə idarəetmənin vəziyyəti;
  2. Layihə idarəetmənin əsas çətinlikləri nələrdir;
  3. Layihə, proqram və portfolio idarəetmə;
  4. Ehtimal nəzəriyyəsi;
  5. Ehtimal etməni necə yaxşılaşdırmaq olar;
  6. Project charter;
  7. Praktik məşğələ;
  8. Proje scope;
  9. Layihə tələblərinin yazılması (üsul və qaydaları);
  10. Layihə tələblərinin yazılması (praktik məşğələ);
  11. Səhvlərin tapılması üsulları;
  12. Scope və müştəri gözləntilərinin idarəedilməsi;
  13. Layihədə dəyişikliklərin idarəedilməsi;
  14. Layihələrin idarə edilməsi;
  15. Layihələrin biznes planının yazılması.

Həmçinin, təcrübəçilərə ISO beynəlxalq idarəetmə ilə bağlı keyfiyyətə nəzarət proqramı təlimi keçiriləcək.

Təcrübə proqramında yüksək qiymətləndirilən şəxslər Türkiyənin tanınmış universitet və ya araşdırma mərkəzlərindən birində 14 günlük iş təcrübəsi əldə etmə şansı qazanacaq.

Təcrübə qroqramına qəbul edilən təcrübəçilər 2 Beynəlxalq Sertifikat proqramında rəsmi sertifikat rüsumu olaraq ümumilikdə 100 azn ödəniş edəcəklər.

Təcrübəçilərə 3 aylıq müddət üçün ayrılan xidmət haqqı ümumilikdə 800-1000 AZN təşkil edir.

Xüsusi referans alan şəxslər rəsmi işlə təmin olunma şansı əldə edəcəklər.

Son müraciət tarixi: 25 Fevral

Qeydiyyat üçün: Mövzu hissəsində “Təcrübə proqramı” yazaraq e-mail ünvanına göndərməyiniz tələb olunur.

Əlaqə nömrəsi : +994 50 800 11 13

Ünvan : Bakı şəh., Səbail ray., Nizami küçəsi 6