KOS kreditlərin təhlili şöbəsində Mütəxəssis, Aparıcı və Baş mütəxəssis

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 13.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • KOS müştərilərin maliyyə və biznes təhlilini həyata keçirmək;
  • Müştərilərin müraciətləri əsasında kreditləşmə və sənədli əməliyyatlar aparmaq, restrukturizasiya və ya şərtlərinə əlavə və dəyişikliklərin edilməsi üzrə öhdəlikləri strukturlaşdırmaq, onlar barədə rəylər vermək;
  • Borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətindəki dəyişiklikləri izləmək, proqnozlar hazırlamaq, sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirmək;
  • Riskləri düzgün qiymətləndirmək və bankdaxili digər normativ qaydaların qorunmasına nəzarət etmək;
  • Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra etmək.

Tələblər:

  • Ali təhsil; (İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ixtisas)
  • Bank sahəsində müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi;
  • Rus və İngilis dil bilikləri müsbət qarşılanır;
  • CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır;
  • Kompüter bilikləri (MS Office, Internet);
  • Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarının yığılması və təhlil etmə bacarıqları;
  • Analitik düşünmə qabiliyyəti və çevik qərarvermə qabiliyyəti;
  • Məsuliyyətlilik və dəqiqlik;
  • Bank qanunvericiliyini.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, [email protected] elektron ünvanına “KOS kreditlərin təhlili üzrə mütəxəssis, aparıcı mütəxəssis və baş mütəxəssis” başlığı ilə müraciət edə bilərsiniz.

İşəgötürənin reytinqi