Sosial media üzrə mütəxəssis

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 12.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər: 

  • Şirkətin sosial şəbəkə hesablarının idarə edilməsi; 
  • Sosial media üzrə təqvim hazırlamaq və məzmuna uyğun effektiv qrafik qurmaq; 
  • Təsdiq edilmiş plan əsasında reklamların yerləşdirilməsi və izlənilməsi;
  • Korporativ standartlar əsas götürülməklə müştərilərin və izləyicilərin sosial mediadakı sorğularının cavablandırmaq; 
  • Şirkətin sosial şəbəkə hesablarının aylıq nəticələri haqqında hesabatların hazırlanması; 
  • Kampaniyalar və yeniliklərlə bağlı təkliflərin verilməsi, bu kampaniyaların reallaşdırılmasının təmin edilməsi. 

Tələb olunan bilik, bacarıq və səriştələr: 

  • Zövqlü və yaradıcı yanaşma qabiliyyəti; 
  • Facebook Business Manager və Facebook Ads üzrə işləmək bacarığı; 
  • Reklam strategiyası üzrə hədəfləmə bacarığı; 
  • Dil bilikləri: Azərbaycan dili və rus dili (mükəmməl), İngilis dilini bilən namizədlərə üstünlük verilir; 
  • Komputer bilikləri: Microsoft Ofis proqramları. 

Tələb olunan təhsil və iş təcrübəsi: 

  • Ali təhsil; 
  • Sosial media mütəxəssisi vəzifəsi üzrə minimum 2 il iş təcrübəsi

Göstərilən tələblərə uyğun namizədlər saytın karyera bölməsindən qeydiyyatdan keçərək müraciət edə bilərlər. 

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

https://azergold.az/

İşəgötürənin reytinqi