SMM mütəxəssis

  • AzPark Group
  • Elanın qoyulma tarixi: 11.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Şirkətə məxsus saytların idarə olunması, kontentin yaradılması
  • Online satış kanallarının idarə olunması və inkişaf etdirilməsi
  • Facebook, Instagram, Linkedin korporativ hesabların idarə olunması və inkişaf etdirilməsi
  • Fəaliyyətə uyğun olaraq yüksək keyfiyyətdə kontentin (mətn, foto, video) hazırlanması, veb-sayt və sosial mediada yerləşdirilməsi,

İş şərtləri:

  • Rəsmi əmək müqaviləsi əsasında
  • İş vaxtı 09:00-dan 18:00-dək, həftədə 6 gün

Namizədə aid tələblər:

  • Yalnız xanımlar müraciət etsin
  • Azərbaycan dili üzrə qrammatik, leksik biliklər və düzgün tətbiq bacarıqları (VACİBDİR!). Rus dili üzrə bilik üstünlükdür
  • Sosial media marketinq (SMM) üzrə azı 1 il iş təcrübəsi
  • Saytların idarə olunması üzrə bilik və təcrübə
  • Kontent yaradılması və idarə edilməsi üzrə təcrübə (mütləqdir)
  • Ünsiyyət qurma, işgüzar yazışmalar və təqdimat bacarığı
  • Photoshop və Ofis proqramlarını sərbəst bilmək
  • Kreativ ideyalı və yaradıcı qabiliyyətli, məsuliyyətli və diqqətli olmaq
  • Komandada işləmə bacarığı
  • Facebook Business manageri ətraflı bilmək

Telefon – (012) 565 31 50

Müraciətlərə yalnız CV yolu ilə baxılır. Tələblərə cavab verməyən və başqa vəzifələrə aid müraciətlərə baxılmır. CV- də yaşadığınız ünvanı qeyd edin.

Vacib Qeyd: Şirkətin ünvanı Yeni Buzovna-Şüvəlan şossesindədir. Xəzər və Sabunçu rayonları ərazisində yaşamasına üstünlük veriləcəkdir.

Email: [email protected]

AzPark Group tərəfindən digər vakansiyalar