Risklərin idarə edilməsi üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Modelləşdirmə alətləri üzrə riskləri müəyyən etmək, qiymətləndirmək, tənzimləmək və nəzarət altında saxlamaq;
  • Əsas göstəricilərinin statistik modelləşdirilməsi və proqnozlaşdırılması üzrə təkliflər vermək;
  • Riyazi və statistik metodlardan istifadə etməklə riskləri qiymətləndirmək;
  • MKT İK MMC  qurumlarının və əməkdaşlarının fəaliyyətini və ya fəaliyyətinin bir hissəsini əks etdirən məlumatların (müvafiq baza, qeydiyyat kitabları və ya sənədləri, hesabatlar, icmal məlumatlar, protokollar və aktlar, sənəd dövriyyəsi və s.) müvafiq normativ-hüquqi sənədlərlə, həmçinin mövcud etibarlı informasiyalarla tutuşdurulması (üzləşdirilməsi) zamanı yarana biləcək risklərin önlənməsi üçün risk matrisaları hazırlayır;
  • Yoxlamalar üzrə elektron mətnlərin, cədvəllərin, məntiqi analizləri üçün risk səviyyəsinin dəyərləndirilməsi  hesabatlarının hazırlanmasına müvafiq baza yaradır;
  • Risk işinin sistemləşdirilməsi və  təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.

Tələblər:

  • Ali təhsil (Statistika, Riyaziyyat, Ekonometrika, Riyazi maliyyə və ya İqtisadiyyat sahəsi üzrə);
  • Statistik və ya riyazi modelləşdirmə sahəsində təcrübə, analoji sahədə ən azı 1 il iş təcrübəsi;
  • MS Office (Word, Excel) və 1 C 8.3 proqramında sərbəst işləmək təcrübəsi;
  • Azərbaycan dilini əla, ingilis və rus dilini yaxşı səviyyədə bilik;
  • Riyazi və texniki məlumatları analiz etmək və dəyərləndirmək üçün analitik bilik;
  • Məlumat strukturlarının, alqoritmlərin və riyazi problemlərin həlli üzrə bacarığı;
  • Excel və Python və ya / R və ya / SAS və ya / MATLAB – ın hər hansı birinin istifadəsi bacarığı;
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
  • Analitik təhlil etmə qabiliyyəti;
  • Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
  • Müntəzəm işgüzar səfərlərdə iştirak etməyə hazır olmaq.

Səriştələr:

  • Məsuliyyətli
  • Şəxsi inkişafa meylli
  • Pozitiv
  • Özünütəşkiletmə qabiliyyəti
  • Nailiyyət yönümlülük
  • Etibarlılıq
  • Dürüstlük

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında; 
  • İş qrafiki:  Beş günlük iş həftəsi
  • İş yeri: Baki şəhəri, Qafqaz Business Center
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Risklərin idarə edilməsi üzrə mütəxəssis” mövzusu ilə [email protected] elektron ünvanına göndərə bilərsiniz.