Daxili auditor

  • Para BOKT
  • Elanın qoyulma tarixi: 10.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifələr:

  • Audit fəaliyyətinin risk əsaslı illik planını hazırlamaq;
  • ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin, habelə maliyyə vəziyyətinin dəqiq qiymətləndirilməsi məqsədilə bütün sahələrdə aparılan əməliyyatların mütəmadi auditini həyata keçirmək;
  • Xərclərin səmərəliliyini qiymətləndirmək;
  • Mühasibat uçotu və maliyyə hesabatlarının düzgünlüyünü və etibarlılığını yoxlamaq;
  • ASC-nin fəaliyyətinin təsdiq edilmiş fəaliyyət planına uyğunluğunu yoxlamaq;
  • “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək;

Tələblər:

  • Ali təhsil
  • Minimum iş təcrübəsi 1-3 il
  • Azərbaycan, Rus və İngilis dilləri üzrə biliklər

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini "Daxili Auditor" başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.

Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir