Mikro kreditlər üzrə mütəxəssis (Qəbələ, Gəncə)

  • AFB Bank
  • Elanın qoyulma tarixi: 10.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair tələblər: 

  • Ali təhsil;
  • Bank və ya bank olmayan kredit təşkilatında 1 il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı , rus dilini bilmək arzu olunandır.;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı;
  • Məsuliyyətlilik və dəqiqlik.

İşin təsviri:

  • Mikro və Aqro kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasını təmin etmək
  • Ərazi üzrə bank məhsullarının potensial müştərilərə çatdırılması təmin etmək;
  • Müştərilərlə müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
  • Keyfiyyətli kredit portfeli formalaşdırmaq və portfeli idarə etmək;
  • Bankdaxili prosedurlara uyğun olaraq kredit müraciətlərinin kameral və səyyar monitorinqinin aparılması;
  • Ümumi fəaliyyətə dair hesabatlar hazırlamaq.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Mikro kreditlər üzrə mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.