Satış Məsləhətçisi

İşin təsviri

İşin təsviri: 

  • Mağazada mövcud olan hər bir məhsul çeşidi haqqında məlumatlı olmaq;
  • Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və dolğun məlumat vermək;
  • Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək;
  • Mağaza menecerinin tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək;
  • Müştəri sorğularını cavablamaq və müştəri məmnuniyyətini yüksək səviyyədə təmin etmək;

Namizədə tələblər:

  • Cinsi: Qadın;
  • Ali təhsil və ya orta təhsil;
  • Satış texnikaları ilə tanışlıq;
  • B2C satış seqmentində təcrübə üstünlükdür;
  • Effektiv kommunikasiya və təqdimat bacarığı;
  • Azərbaycan dilində səlis yazmaq və oxumaq bacarığı; (Rus dili arzu olunandır);
  • Şəxsi keyfiyyətlər: Nəticə yönümlü olub satış sahəsində inkişaf məqsədli olmaq. Komandada işləmək və sərbəst qərar vermək bacarığı. Dürüst, nizam-intizamlı, məsuliyyətli, aktiv və məsuliyyətli olmaq);

Şərtlər:

  • İş yeri: Bakı/Azərbaycan (Gənclik filialı)
  • İş saatı :10:00-20:00
  • İşə başlama tarixi: Təcili
  • Əmək haqqı: sabit əmək haqqı –  450 AZN və satışdan bonuslar 

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Satış Məsləhətçisi”  qeyd etmələri [email protected] xahiş olunur.