Marketinq meneceri

  • Elanın qoyulma tarixi: 09.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Təşkilatın marketinq planının hazırlanması;
  • Təşkilatın fəaliyyəti barədə məlumatlılığı artırmaq və şəffaflığı təmin etmək məqsədilə tədbirlərin həyata keçirilməsi;
  • Potensial müştərilər və seqmentlər üzrə təhlilllərin aparılması;
  • Gəlirlərinin artırılması məqsədilə mövcud məhsul və xidmətlərin təkmilləşdirilməsi, yeni məhsulların yaradılması və təşəbbüslərin irəli sürülməsi;
  • Regional nümayəndələrlə birgə müvafiq regionlar üzrə araşdırmaların aparılması və təkliflərin hazırlanması;
  • Dövlət və beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində gəlir imkanlarının araşdırılması;
  • Müvafiq işlər üzrə illik marketinq büdcəsinin hazırlanması və idarə edilməsi.

Tələblər:

  • İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil; 
  • Müvafiq sahədə 3-5 illik iş təcrübəsinə malik olmaq;
  • Azərbaycan dili ilə yanaşı, rus və ingilis dilini yüksək səviyyədə bilən namizədlərə üstünlük veriləcək.

Digər məlumatlar:

  • İş saatı : Tam iş qrafiki - 5 gün (09 :00-18:00);
  • Əmək haqqı müsahibə əsasında razılaşdırılacaq.

Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində “marketinq meneceri” qeyd edərək [email protected] e-ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.