Tender işləri üzrə koordinator

  • Nobel Elektrik
  • Elanın qoyulma tarixi: 09.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Rəhbərliyin tapşırığına əsasən  ilkin araşdırmanın aparılması və rəhbərliyin məlumatlandırılması;
  • Tenderin Əsas Şərtlər Toplusunun nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi və bunun nəticəsi olaraq baxılan tenderdə şirkətin iştirak imkanları haqqında ilkin analizin nəticələri haqqında rəhbərliyin məlumatlandırılması;
  • Tender prosesi ilə bağlı yazışmaların və danışıqların aparılması;
  • Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılmasını təmin etmək;
  • Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət;
  • Tender təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində Tender Komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması;
  • Tender prosesi zamanı şirkətin təmsil olunması;
  • Tender prosesini icra etmək və nəzarətdə saxlamaq;
  • Tender proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatların hazırlanması;

İş qrafiki:

  • Bazar ertəsi – Cumə: 09:00-dan 18:30-dək 
  • İstirahət günü: Şənbə və Bazar günləri
  • Nahar şirkət tərəfindən verilir.
  • Əmək haqqı: 600 azn-dən başlayır.Müsahibə əsasında namizəddəm asılı olaraq müəyyənləşdiriləcək.

Namizədə tələblər:

  • Ali təhsilli;
  • Azərbaycan, rus və ingilis dillərini yaxşı səviyyədə bilməli;
  • Rəsmi danışıqları və yazışmaları apara bilməlidir.
  • Kompyuter biliklərinə sahib olmalı;
  • Microsoft Ofis proqramlarını yaxşı səviyyədə bilməli;
  • Fəal olması və komandada işləmək bacarığı;
  • İşə planlı yanaşması;
  • Yüksək məsuliyyət, diqqətcil olmaq;
  • Ünsiyyət və analitik düşünmə bacarığı olmalı;
  • Məqsədinə çatmaq üçün hərəkətli iş rejimində çalışa bilən;
  • Yaş həddi 22-35 yaş arası;

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində vakansiyanın adını “Tender işləri üzrə koordinator” qeyd edərək, [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.