ProFARMS layihəsi çərçivəsində tender

  • Sərvət-FYZ MMC
  • Elanın qoyulma tarixi: 09.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hörmətli tender iştirakçısı,

SOCAR Sosial Sərmayə Təşəbbüsləri çərçivəsində Ağdaş, Ucar və Yevlax rayonlarında kiçik sahibkarlıq mühitini inkişaf  etdirmək və əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq məqsədilə ProFARMS layihəsini dəstəkləyir. Layihənin  icraçı təşkilatı SƏRVƏT-FYZ Məhdud Məsuliyyətli Cəmiyyətidir (MMC). Sosial Sərmayələr SOCAR və tərəfdaşlarının fəaliyyətlərindən təsirlənən ərazilərdə uzunmüddətli sosial və iqtisadi inkişafı təşviq etmək üçün davamlı şəkildə həyata  keçirilən təşəbbüslərdir. Layihənin ümumi məqsədi Cənubi Qafqaz Boru Kəməri (SCP) boyunca yerləşən 3 hədəf rayonda  iqtisadi inkişafa və ekoloji davamlılığa töhfə verməkdir. ProFARMS layihəsinin spesifik məqsədləri fermerlərin maliyyə savadlılığını, biznes idarəetmə və texniki bilik bacarıqlarını artırmaq və onların kiçik bizneslərini davamlılıq prinsipləri əsasında dəstəkləməkdir. 

SƏRVƏT-FYZ MMC hədəf rayonlarda aztəminatlı ailələrin gəlirlərini artırmaq məqsədilə 100 benefisiar ailənin hər birini 10 arı ailəsi (ümumi 1000 ədəd arı ailəsi) təmin etməyi planlaşdırır və bu məqsədlə tender elan edir.

Maraqlı təchizatçıları aşağıdakı siyahıda göstərilən qaydada arı ailələrinin təchizatı üçün tenderdə iştiraka dəvət edirik. Maraqlı təchizatçılar (fiziki və ya hüquqi şəxsləri) aşağıdakı siyahıda göstərilən qaydada arı ailələrinin təchizatı üçün tenderdə iştiraka dəvət edilir. Təchizatçılar aşağıdakı siyahıda qeyd olunan qaydada arı ailələri üçün təklif etdiyi qiymətlərini yazıb 10 fevral 2022-ci il tarixə qədər AZ6100, Ucar şəhəri, Oğuz küçəsi, döngə 3, ev 37 poçt ünvanına göndərməlidir. Təkliflər əvvəlcə elektron formada doldurulub çap olunmalı, sonra imzalanmış və möhürlənmiş halda poçt vasitəsilə göstərilən ünvana göndərilməlidir. Təchizatçılar aşağıdakı Qiymət Təklifi ilə birlikdə Müşayiət Məktubu və tələb olunan sahə üzrə olan təcrübələri barədə Arayış (Məlumat) da təqdim etməlidirlər. 

Arı ailələri üçün təklif olunan təchizat qiymətləri təhvil verilmə tarixindən asılı olaraq iki variantda qəbul olunur:

  1. 2022-ci ilin aprel ayının 15-dək təhvil verildikdə;
  2. 2022-ci ilin aprel ayının 30-dək təhvil verildikdə.

Lütfən, nəzərə alın ki, arı ailələri üçün təklif olunan qiymətlər ən az 3 (üç) ay qüvvədə qalmalıdır. Təchizatçıların təqdim etdiyi qiymətlərə bütün vergi və sosial tutulmalar daxil olmalıdır. Müqavilə bağlanacağı təqdirdə ödəniş e-qaimə təqdim edilməklə bank hesabına köçürüləcəkdir.

Məlumat üçün bildiririk ki, tenderin qalibi təşkilatımız tərəfindən aşağıdakı kriteriyalara uyğun olaraq seçiləcəkdir:

  1. Optimal qiymət təklifi etməsi;
  2. Göstərilən kriteriyalara uyğun arı ailələri təklif etməsi;
  3. Xüsusilə, təchiz olunan bütün yeşiklərdə arı cinsinin Apis Melifera Carnica/Apis Melifera Carpatica olması; 
  4. Sənədləşmənin tələb olunan qaydada təşkili;
  5. Təchizatın vaxtında və düzgün qaydada çatdırılması:
  • Daşınma günün arılar üçün aktiv olmadığı dövründə aparılmalıdır;
  • Təhlükəsizliyi təmin etmək məqsədi ilə arı ailələri müvafiq qaydada bağlanmalıdır;
  • Arı ailələrində boğulmaların və ölüm faktlarının olmaması üçün tədbirlər görülməlidir;
  • Daşınma arılar üçün münasib nəqliyyat vasitəsilə aparılmalıdır;
  • Daşınmanı təşkil edən heyətin arıya qarşı allergiyası olmamalıdır;

Lütfən, nəzərə alın ki, qalib təchizatçı ilə sonradan əlavə şərtlər müzakirə olunacaq.

Email: [email protected]