Satış Layihəsi üzrə Təcrübəçi

  • PashaPay
  • təsdiqlənmiş
  • Elanın qoyulma tarixi: 12.11.2025

İşin təsviri

PashaPay gənclərə satış və müştəri xidməti sahəsində ilk real iş təcrübəsini qazanmaq imkanı yaradır!
Bu təcrübə proqramı aktiv, ünsiyyətcil və öyrənməyə açıq tələbələr üçün nəzərdə tutulub.
Vəzifə ofis daxilində deyil – sən birbaşa müştərilərlə ünsiyyətdə olacaq, onlara PashaPay məhsulları haqqında məlumat verəcək və satış prosesinə dəstək olacaqsan.
Vəzifə öhdəlikləri:

  • Müştərilərlə ünsiyyət qurmaq və PashaPay məhsulları haqqında məlumat vermək;
  • Müştərilərin suallarını cavablandırmaq və onları düzgün yönləndirmək;
  • Satış prosesinə kömək etmək və komanda ilə birlikdə işləmək;
  • Gündəlik fəaliyyətlər barədə hesabat vermək;
  • Müsbət və peşəkar davranış nümayiş etdirmək.

Tələblər:

  • Aktiv, təşəbbüskar və nəticəyönümlü olmaq;
  • Yalnız I növbədə (səhər dərslərində) təhsil alan tələbələr üçün;
  • Azərbaycan dilində səlis danışıq, ingilis və rus dili bilikləri – üstünlükdür;
  • Komandada işləmə və müştərilərlə münasibət qurma bacarığı;
  • Satış və ünsiyyət bacarıqlarını inkişaf etdirmək motivasiyası.

Təklif edirik:

  • Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi;
  • Sabit aylıq əməkhaqqı və satış nəticələrinə əsaslanan motivasiyaedici bonus sistemi;
  • Hər gün 5 saat olmaqla, 6 günlük iş qrafiki (iş saatları günün ikinci yarısında);
  • Peşəkar və gənc komanda ilə dinamik mühitdə təcrübə qazanmaq imkanı;
  • Satış və müştəri xidmətləri sahəsində bacarıqlarını inkişaf etdirmək fürsəti.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

İşəgötürənin reytinqi