PashaPay

  • təsdiqlənmiş

PashaPay Azərbaycanda elektron-ödəmə sistemlərinin yaradılması sahəsində fəaliyyət göstərən yeni fintech start-apdır. Biz çalışırıq ki, insanları nağd pula alternativ olan sadə və rahat ödəniş üsuluyla təmin edək.

Məqsədimiz Azərbaycanda B2C və B2B müştəriləri üçün bazarda ən son texnologiya, proqram təminatının hazırlanmasında ən yaxşı təcrübələr və müştəri yönümlü dizaynla təchiz olunmuş ən yaxşı rəqəmsal ödəniş ekosistemini yaratmaqdır.

Şirkətin missiyası istənilən yerdə, istənilən zaman hər kəsin pulunu asan və rahat idarə etməsi üçün maliyyə xidmətləri hazırlamaqdır. Şirkət həm geniş kütləyə, həm də sahibkarlara “Həyatı asanlaşdırırıq” vədini verir.

PashaPay-də Agile metodologiyası ilə çalışırlar: uzaqdan distant işləmək də mümkündür. Şirkətdə həm yerli, həm də xarici peşəkarlardan ibarət 500 nəfərdən çox əməkdaş çalışır. Hazırda şirkət bazara 2 əsas məhsulu təqdim edir:

  1. m10 elektron pulqabısı
  2. MilliÖN terminalları