Kredit Mütəxəssisi

  • AS Lombard
  • Elanın qoyulma tarixi: 06.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil (İqtisadi arzuolunandır);
  • Səlis Azərbaycan dili biliyi, (Rus dili arzuolunandır);
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Lombardda, bankda və ya BOKT-da təcrübəsi olan namizədlərə üstünlük veriləcək;
  • Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti;
  • Məsuliyyətlilik, operativlik və təzyiqə davamlılıq;
  • Komanda tərkibində və rəhbərlik altında işləmə qabiliyyəti; 
  • Qızılı qiymətləndirmək bacarığı olan namizədlərə üstünlük veriləcək;
  • MS Office və ümumi kompüter bilikləri;

Öhdəliklər:

  • Müştəri müraciətlərini qəbul etmək, girovu qiymətləndirmək və krediti sənədləşdirmək;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
  • Müştərilərlə uzunmüddətli əməkdaşlığı təmin etmək məqsədi ilə yüksək səviyyədə xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;
  • Müştərinin istəyini maksimal dərəcədə qarşılayacaq kredit və şərtlərini təklif etmək;
  • Sistemdə gündəlik işin düzgün və vaxtı-vaxtında aparılması;
  • Yeni kredit məhsulları və ona dair təklifləri ilə bağlı təşəbbüskarlıq göstərmək;
  • Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması;
  • Vəzifə funksiyalarından irəli gələn digər öhdəlikləri yerinə yetirmək;

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri;
  • İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Şənbə);
  • AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;

Vakansiya ilə maraqlanan şəxslərdən “CV”lərini email ünvanına Subject/Mövzu hissəsində “Kredit Mütəxəssisi” qeyd etməklə [email protected] göndərmələri xahiş olunur.