Satış məsləhətçisi

  • Karaca
  • Elanın qoyulma tarixi: 06.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya haqqında:

  • İş yeri: Bakı/Azərbaycan
  • İş saatı : Növbəli (həftədə 6 gün olmaqla və 1 istirahət günü)
  • İşə başlama tarixi: Təcili
  • Əmək haqqı: sabit əmək haqqı və bonus (namizədin təcrübəsi və peşəkarlıq səviyyəsindən asılı olaraq 450-800 azn arası dəyişir)

Vəzifə öhdəlikləri:

  • Mağazada mövcud olan hər bir məhsul çeşidi haqqında məlumatlı olmaq;
  • Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək;
  • Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək;
  • Mağaza menecerinin tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək;
  • Müştəri sorğularını cavablamaq və müştəri məmnuniyyətini yüksək səviyyədə təmin etmək;
  • Zədələnmiş,yararsız, texniki göstəriciləri silinmiş məhsullar aşkar etdikdə onları rəflərdən qaldırmaq və mağaza menecerini məlumatlandırmaq; 
  • Qoyulan satış hədəflərini həyata keçirmək;
  • Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək;

Seçim meyarları:

  • Orta təhsil;
  • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
  • Yaş: 25-35
  • Cins: Qadın

Bacarıq və səriştələr:

  • Ünsiyyət bacarığı;
  • Yüksək təşəbbüskarlıq və dinamik işə meyillilik, aktivlik, satış bacarığı və səbrlilik;
  • Təhlil etmək, problemləri zamanında həll etmək, qərar qəbul etmək və komanda şəklində işləmək bacarığı;
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
  • Müştərini əldə etmək, müştərilər tərəfindən gələn etirazları səbrlə dinləmək, qarşılamaq və onları məmnun etmək bacarığı;
  • Azərbaycan dilini səlis bilməli  (rus dilini ünsiyyət səviyyəsində bilənlərə üstünlük veriləcək);

İmtiyazlar:

  • Satış sahəsində təlimlər və karyera inkişafı perspektivləri;
  • İş performansına əsasən hər ay "Ayın işçisi" kimi seçilə bilmə imkanı;
  • Bonus sistemindən faydalanmaq.

Müraciət qaydası:

Zəhmət olmasa CV-lərinizi [email protected] e-mail adresinə göndərin.

CV-ləri göndərərkən başlıq yerinə “Satış məsləhətçisi” qeyd etməyi unutmayın.