İşin təsviri
Əmək funksiyaları:
- Layihələndirmə üçün ilkin məlumatları yığmaq və çertyojları çəkmək;
- Layihələrdə təmir-tikinti işlərinə nəzarət, konstruksiya işlərini düzgün təşkil etmək;
- Tikintidə istifadə olunacaq tikinti materiallarını müəyyən etmək və zəruri tikinti materiallarını siyahı şəklində təchizat şöbəsinə yönləndirmək;
- Binanın havalandırma, kondisioner, santexnika və elektrik sistemlərinə nəzarət etmək;
- Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət etmək;
- Texnoloji intizama riayət etmək, tikinti norma və qaydalarını yerinə yetirmək;
- Forma 2, Forma 3 və digər normativ sənədləşmə işlərini aparmaq;
- Görülən işlərin keyfiyyətlə həyata keçirilməsini təmin etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək.
Namizədə olan tələblər:
- Ali təhsil (İnşaat mühəndisi ixtisası üzrə olması üstünlükdür);
- Qeyd olunan sahədə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dilini bilmək zəruridir. Rus dilini bilmək arzuolunandır;
- Word, Excel və Autocad proqramlarını istifadəçi səviyyəsində bilməlidir;
- Sürücülük vəsiqəsi və şəxsi avtomobil olmalıdır.
İş şəraiti:
- 6 günlük iş həftəsi;
- Əmək haqqı 1500 manat + (namizədin təcrübə və biliklərinə uyğun olaraq)
https://glorri.com/bizimmarket/61a0d95301f5a5133dc83d23-%C4%B0n%C5%9Faat%20m%C3%BCh%C9%99ndisi%20(%C4%B0%C5%9F%20icra%C3%A7%C4%B1s%C4%B1)