Müqavilələr üzrə mütəxəssis

  • Amal Group
  • Elanın qoyulma tarixi: 05.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair tələblər:

  • Təhsil: Ali (Hüquq, Biznesin İdarə Olunması, Beynəlxalq əlaqələr və s.,) 
  • Kompüter bilikləri: MS Office proqramları
  • Dil bilikləri: Azərbaycan dili; Digər dillər əlavə üstünlük hesab olunur. 
  • İş təcrübəsi: Müvafiq sahədə 2 ildən az olmayaraq iş stajı.

Vəzifə öhdəlikləri:

  • Satınalma müqavilələri üzrə danışıqlar aparmaq, struktur bölmələrdən daxil olan müraciətlərə əsasən bütün növ müqavilələri, əlavə razılaşmaları, razılaşdırma protokolların layihələrini hazırlamaq;
  • Bütün növ müqavilələri, əlavə razılaşmaları, razılaşdırma protokollarını və müqavilə ilə bağlı olan digər sənədləri məlumat bazasına daxil etmək; 
  • Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılması.
  • Bağlanmış müqavilələrin idarə olunması və icrasına nəzarət, planlaşdırma və satınalma fəaliyyəti haqqında hesabatların təqdim edilməsi;
  • Müqavilələrin icrasına nəzarət zamanı aşkar olunmuş nöqsanları təhlil etmək, onların aradan qaldırılması və iddia müddətlərinin buraxılmaması üçün lazımi tədbirlər görmək;

Bacarıqlar:

  • Satınalma prossesləri və ümumi prinsiplərini;
  • Bazarı təhlil etmək üsul və qaydalarını;
  • Satınalma müqavilələrin tərtibatı qaydalarını;
  • Qərar vermə və problem həll etmə üsullarını və pirinsiplərini;
  • Planlaşdırmaq və təşkil etmək;

İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00

İş yeri: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 2-ci korpus 

Əmək haqqı: təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Müqavilələr üzrə mütəxəssis" adını qeyd edərək [email protected] ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.