İnsan Resursları üzrə aparıcı/baş mütəxəssis

  • AFB Bank
  • Elanın qoyulma tarixi: 04.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə 2 il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı , Rus dili və İngilis dili bilikləri arzuolunandır;
  • MS Office (MS Word, MS Excel, MS PowerPoint, Outlook) proqramlarından istifadə bacarığı; 
  • İşə qəbul sahəsi və metodları haqqında biliklər;
  • Təşəbbüskarlıq, ünsiyyət və komandada işləmək bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik və etibarlılıq.

İşin təsviri:

  • Bankın işəqəbul siyasətinə riayət olunmasını təmin etmək;
  • Yaranan vakansiyaların bankdaxili və bankxarici elanlarını hazırlamaq və yerləşdirmək;
  • Ən səmərəli kanallardan istifadə etməklə istedadları müəyyən etmək və onları şirkətə cəlb etmək;
  • Daxil olan CV-lərin qeydiyyatını aparmaq və daim namizədlər bazasını yeniləmək;
  • Vakansiyalara uyğun namizədləri seçmək, ilkin müsahibələri təşkil etmək, müsahibə nəticələri barədə namizədlərə məlumat vermək;
  • İşçi seçimi prosesində müvafiq imtahan və dəyərləndirmələri həyata keçirmək;
  • Bankda adaptasiya sisteminin tətbiqinə dəstək verir və işə yeni qəbul olunmuş işçilərin adaptasiyasını həyata keçirir;
  • İşçi axınını aylıq olaraq analiz etmək, işdən ayrılan əməkdaşlarla müvafiq sorğunun keçirilməsini təmin etmək və bununla bağlı hesabat hazırlamaq;
  • İşəqəbul hesabatlarını hazırlamaq.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İnsan resursları üzrə aparıcı/baş mütəxəssis” qeydi edərək [email protected]  elektron ünvanına göndərməyini xahiş edirik.