Hüquqşünas/Ekspert

  • SMDT
  • Elanın qoyulma tarixi: 04.11.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

                                                                                                                             
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT)
Azərbaycan, Bakı
Oktyabr, 2012

Vəzifənin adı:

Hüquqşünas/Ekspert 

Vəzifə təsviri:

SMDT-nin fəaliyyət istiqamətləri və proqramları ilə bağlı hüquqi məsələləri həll edir, rəy, şərh və təkliflər hazırlayır.
SMDT-nin əməkdaşları və bölgə nümayəndəliklərinə müxtəlif istiqamətlər üzrə hüquqi yardım edir.
SMDT-nin hesabat, rəsmi yazışmaları və digər sənədlərinin hazırlanması və şərh olunmasına cavabdehdir.
Seçkilər, həmçinin siyasi hüquqlar üzrə qanunları analiz edir.

Vəzifə və səlahiyyətləri:

• SMDT-nin seçkilərin monitorinqi və seçki sisteminin təkmilləşdirilməsi yönündə təkliflərini və tövsiyələrini hazırlayır;
• Seçkilər dövründə SMDT-in müşahidəçilərinin qeydiyyatı, Uzunmüddətli və Qısamüddətli müşahidəçiliyin təşkilinə hüquqi yardım edir;
• Seçkilər dövründə seçkilərin monitorinqi üzrə müşahidə formaları və müşahidələrin nəticələri üzrə hesabatlar hazırlayır;
• Vətəndaşların dövlət idarəetməsində iştirak hüququ və digər siyasi hüquqlarla bağlı metodik-tədris vəsaitləri hazırlayır;
• SMDT-nin mərkəzi ofisi və bölgə nümayəndəliklərinə fəaliyyət zəminində hüquqi yardımlar edir;
• SMDT-nin hüquqları və maraqlarını müxtəlif səviyyələrdə müdafiə tədbirlərini təşkil edir;
• SMDT-nin rəsmi sənədlərini tərtib edir, kargüzarlıq və digər yazışmaların düzgünlüyünə cavabdehlik daşıyır;
• Rayonlarda SMDT-nin layihələrinə uyğun olaraq Vətəndaş Forumları, İctimai Müzakirələr, Təlimlər keçirir.

Tələblər:

• Azərbaycan Respublikasının seçki sistemi və siyasi azadlıqlarla bağlı qanunvericiliyi, siyasi institutlarının funksiyalarını bilmək;
• SMDT-nin Nizamnaməsi, fəaliyyət istiqamətləri və proqramları, habelə tarixini öyrənmək;
• Komputer proqramları - Microsoft Word, Microsoft Excel, və digər lazimi proqramları bilmək;
• Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini orta səviyyədə bilmək;
• Azərbaycan Respublikasının Konstitusiyası, Seçki, Cinayət, Mülki və İnzibati xətalar məcəllələrini, «QHT-lər haqqında», «Qrant haqqında», «KİV haqqında», «İnformasiya azadlığı haqqında», «Siyasi partiyalar haqqında», «Sərbəst Toplaşmaq haqqında» və digər qanunları bilmək;
 
Müsabiqədə iştirak etmək istəyənlər CV-ni [email protected] elektron poçtuna göndərə bilərlər.
Əmək haqqı 500 AZN-dən başlayaraq