Kassir

İşin təsviri

İş haqqında məlumat:

  • Alıcılara fasiləsiz kassa xidmətini təmin etməlidir;
  • Müştərilərlə, eləcədə iş yoldaşlari ilə gülərüz, mehriban olmalı, kassa xidməti göstərərkən alıcılarla nəzakətli rəftar etməlidir;
  • Alıcılara kassa xidməti göstərərkən rahat şərait yaratmalı, növbələrin yaranmaması üçün işini operativ şəkildə həyata keçirməlidir;
  • Kassa zonasını təmiz və səliqəli saxlamalıdır;
  • Alıcıların ödədikləri pul vəsaitlərinin nəzarət - kassa aparatlarında düzgün əks olunması və yığılmasını həyata keçirməlidir;
  • Nəzarət kassa aparatının göstəricilərinə əsasən məbləği aydın şəkildə alıcıya söyləməli və ödənişi alıcıdan qəbul etməlidir;
  • Pulun qalığını kassa çeki ilə birlikdə alıcıya verməlidir;
  • Hər bir müştərinin çekini təqdim etdikdən sonra müştərilər tərəfindən alınan məhsulları paketlərə yığmalıdır;
  • Ona təhkim olunan kassa ətrafı satış mallarının səliqəli düzülməsinə, tarix kontroluna və inventarlarının keçirilməsinə cavabdehdir;
  • Kassa növbəsinin sonunda kassadakı pulları hesabat əsasında mağazanın baş inzibatçısı və ya köməkçisinə təhvil verməlidir;
  • İş zamanı təsdiqlənmiş iş uniformasında olmalı, xarici görünüşünə, şəxsi gigiyenasına fikir verməlidir və iş saatlarında ona verilən yaxa kartı daim üzərində görünəcək şəkildə olmalıdır.

Namizədə tələblər:

  • Müraciət ancaq xanım namizədlərə aiddir
  • Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
  • Orta və ya ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dili-Səlis (Rus dili arzuolunan);
  • Pul vəsaitlərinin qəbulu, verilməsi və saxlanması qaydalarını;
  • Satış texnikası və prinsiplərini, davranış etikasını;
  • Nəzarət - kassa aparatlarının istismarı qaydalarını;
  • Mağazanın təşkilati strukturunu;
  • Alıcılara keyfiyyətli xidmət standartlarını;
  • Kassada istifadə olunan mövcud proqramı kassa səviyyəsində bilməlidir.

İş qrafiki:

  • 09:00-dan 18:00-dək
  • Həftə içi 6 gün
  • 1 gün istirahət
  • Əmək haqqı: 400-450+Bonus%
  • Nahar şirkət tərəfindən verilir
  • AR Əmək qanunvericiliyinə uyğun sənədləşmə

Qeyd : Yeni vakansiyamız (Buzovna, Masazır, Mərdəkan, Dərnəgül, “Xutor”, “Şamaxink”) ərazilərində yaşayan və yaxın olan namizədlər müraciət edə bilər.

Qeyd edilən tələblərə uyğun olan namizədlərdən şəkilli "CV"lərini mövzu yerində "Kassir" yazaraq [email protected] email ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi

OMİD Mağazalar şəbəkəsi tərəfindən digər vakansiyalar