İşin təsviri
Tələblər:
- Ali hüquqi təhsil,
- Minimum 2 il iş təcrübəsi
- Mülki, mülki-prosessual, icra haqqında və kredit haqqında qanunvericiliyi bilməli;
- Əla səviyyədə Azərbaycan dili biliyi.
- Hüquqi nitq və yazışma qabiliyyəti;
- MS office proqramlarında ( Word, Excel, Outlook ) yüksək səviyyədə işləmək bacarığı;
- Analitik düşüncə, ünsiyyətqurma və komandada işləmək bacarığı;
- Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.
Vəzifələri:
- Müəssisənin bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunu təmin etmək;
- Müvafiq əsasnamə, qayda, təlimat, protokol və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlamaq
- Hüquqi sənəd (məktublar və s.) və müqavilələri tərtib etmək və hüquqi ekspertizanı həyata keçirmək
- Texniki vasitələrdən istifadə etməklə qüvvədə olan qanunvericilik və başqa normativ aktlar, onlara əlavələr və dəyişikliklər və ya onların ləğv olunması haqqında məlumatları müfaviq bölmələrə çatdırmaq;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
- Müəssisənin fəaliyyəti çərçivəsində ortaya çıxmış hüquqi məsələlərə dair rəylərin hazırlanmasında iştirak etmək;
- Cəmiyyəti məhkəmə və hüquq-mühafizə, habelə digər dövlət orqanlarında təmsil etmək.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Həftədə 5 iş günü, 2 gün istirahət
https://jobs.talhunt.az/optimal/541-huquqsunas