Sayım mütəxəssisi

  • Super Toys
  • Elanın qoyulma tarixi: 25.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Sayım keçirilmiş mağazalarda anbar tərəfindən göndərilən sənədlərin və mağaza tərəfindən işlənilən sənədlərin qarşılaşdırılmasını icra etmək;
  • Aşkar olunmuş kənarlaşmaları depo və mağaza tərəfindən araşdırmaq;
  • Mağazalar üzrə mövcud mal və materialların sayımını həyata keçirmək; 
  • İnventerizasiya zamanı, sayım dövriyyəsinə aid bütün sənədlərin yoxlanılmasını təmin etmək;
  • Anbar neqativlərinin araşdırılması, stokda neqativ yaradan sənədin aşkar olunması ve neqativ stokun aradan qaldırılmasını icra etmək.

Namizədə Tələblər:

  • Müvafiq sahədə (Pərakəndə satış) azı 2 il iş təcrübəsi;
  • Aktiv, məsuliyyətli və diqqətli olmalı;
  • Əl terminalları ilə işləmə bacarığı olmalı;

Şirkət təklif edir:

  • İş rejimi : Həftədə 6 gün;
  • İş yeri : Sədərək Ticarət Mərkəzi;
  • Əmək haqqı 800-1200 AZN;
  • Rəsmi qeydiyyat;

Qeyd: Namizədlərdən mövzu hissəsində “ Sayım mütəxəssisi” vakansiya adını göstərməklə öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələrini xahiş edirik. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət ediləcəklər.