1C üzrə mühasib-operator

  • VMF
  • Elanın qoyulma tarixi: 26.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • 1 С Управление Торговлей bazasının adminstratoru və proqramda texniki əlavə və dəyişiklilərin aparılması;
  • Yeni istifadəçilərin yaradılması və hüquqların verilməsi;
  • Bazada nomenklaturaların yaradilması və idxal olunan malların sistemdə düzgün yığılmasına nəzarət;
  • İdxal olunan malların malların maya dəyəri və satış qiymətlərinin təyin olunması;
  • Gömrük sənədlərinin bazaya daxil olunması;
  • Salonlar arasında mal yerdəyişmə əməliyyatlarına nəzarət;
  • Marketinq endirimlərinin 1C sisteminə yığılması;
  • Təsdiqlənmiş sənədə əsasən qalıqda olan malların satış qiymətininin qaldırılması ilə bağlı tənzimləmələr
  • Şirkətin mal qalığının salonlarda tənzimlənməsi və salonlarda qalıqların çıxarılması;
  • Gündəlik olaraq satış sənədlərinin kassa zeti və posterminal çekləri ilə yoxlanılması;
  • Kontragentlərə aid xüsusi endirimlərin və müqavilələrin sistemə daxil edilməsi;
  • Bazada satış, qalıq və marketinq hesabatlarının yaradılması və əlavələrin olunması;
  • Proqramda ayın bağlanması əməliyyatlarına nəzarət;
  • 1С Управление Торговлей ilə vmf.az saytı ilə malların informasiya mübadiləsinin təşkili;
  • Bazada artıq, əskikgəlmələr və növ dəyişkənliyi olan malların sistemdə tənzimlənməsi;
  • Yeni obyekt kodlarının açılması , yeni nəsil kassa aparatlarının və posterminal sifarişi və salonlarda tətbiqi zamanı qarşıya çıxan texniki problemlərin həlli;
  • Əsas vəsait və azqiymətlilərin mədaxil olunması, amortizasiyası və uçotunun aparılması;
  • Yanacaq ehtiyyatlarının sistemə işlənilməsi vəı yanacaq istifadəsinə nəzarət olunması;
  • Salonlarda RMK sistemlərinin quraşdırılması və barkodlaşmanın təşkili;
  • Gündəlik olaraq Satış və kassa əməliyyatları ilə bağlı salonlardan daxil olan müraciətlərin həll olunması;
  • Həftəlik və aylıq olaraq mərkəzi xəzinə proqramda satış məbləğlərinin müqayisə olunması nəticəsində xəzinənin yoxlanılması;

Tələblər:

  • Ali təhsil
  • 1C mühasib-operator sahəsində ən az 3-5 il iş təcrübəsi.
  • Azəri, rus dili bilikləri.

Namizədlər CV-lərini 1C üzrə mühasib-operator başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi