İnsan Resurları üzrə mütəxəssis

  • TID Consulting
  • Elanın qoyulma tarixi: 22.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Əmək Qanunvericiliyinə əsasən əmək müqavilələrinin, əmək müqavilələrinə əlavə və dəyişikliklərin, işə qəbul, xitam, məzuniyyət, ezamiyyət və s. əmrlərin hazırlanması
  • Elektron hökümət portalında işləmək bacarığı
  • Əmək haqqı, məzuniyyət və son haqq-hesabların hesablanması
  • Hesablaşma-tədiyyə cədvəllərinin, iş günlərini əks etdirən tabellərin və ştat cədvəllərinin hazırlanması

Namizədə tələblər:

  • Ali təhsilli olmalı (riyazi və ya iqtisadi sahə üzrə bitirənlərə üstünlük veriləcəkdir)
  • MS Office və 1C (8.2 və ya 8.3) proqramlarında işləmək bacarığı
  • Əmək Məcəlləsini bilməli
  • Ünsiyyət qura bilmə bacarığı

Əmək haqqı namizəddən asılı olaraq müəyyən ediləcəkdir.

Maraqlanan şəxslər CV-lərini [email protected] göndərə bilərlər.

TID Consulting tərəfindən digər vakansiyalar