İşin təsviri
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil (mütləq)
- Müəssisənin keyfiyyət menecmenti sisteminə İSO standart tələbləri;
- Iş təcrübəsi: Keyfiyyətə nəzarət üzrə mütəxəssis olaraq neft-qaz sənayesi və metal konstruksiya sektorunda ən az 7 il iş təcrübəsi olmalı (İnşaat sahəsində müvafiq iş təcrübəsi arzuolunandır)
- Yaş: 30-55
- Cins : Kişi
- Dil bilikləri: İngilis dili ( mütləq), Rus dili (arzuolunan)
- Kompüter bilikləri: Kompüterdə ofis proqramlarında sərbəst işləmək bacarığı
- İSO 9001:2015,İSO 22000:2018 sertifikatları olmalı;
Bilməlidir:
- 9001:2015,İSO 22000:2018 standartının əsaslarını;
- Keyfiyyət idarəetmə sisteminə aid olan sənədlərin hazırlanması üçün məlumatların toplanması, təhlili, qiymətləndirilməsini;
- Keyfiyyəti idarəetmə sisteminin bütün fəaliyyət istiqamətlərində proseslərin sənədləşdirilməsini;
- Müvafiq normativ sənədlərin hazırlanması qaydalarını.
Vəzifə öhdəlikləri:
- Sahədə tikintinin layihəyə uyğunluğunun yoxlanılması, görülən işlərin Sifarişçinin,TN və Q-tələblərinə, FHN-nin və digər aidiyyatı qurumların tələblərinə uyğunluğunun yoxlanılması;
- Sahədə işin gedişatına dəstək, işin icraatı zamanı çatışmazlıqların aşkara çıxarılması və həll olunmasında köməklik göstərmək;
- Subpodratçıların işlərinin keyfiyyətinə nəzarət edilməsi
- Müəssisədə mövcud standartlara, forma və qaydalara uyğun olaraq hesabat aparılması;
- Keyfiyyətə Nəzarət Planının hazırlanması və icrasına nəzarət, ümumi keyfiyyət sisteminin yaradılması, tətbiqi və nəzarət olunması;
- Şirkətdə Keyfiyyət Sisteminin qurulmasını həyata keçirmək;
- Prosesin bütün mərhələlərində Keyfiyyət prosedurlarına nəzarətin təmin edilməsi;
- Müvafiq təlimatların işlənib hazırlanmasında iştirak;
- Fəaliyyət ilə bağlı mütəmadi olaraq, müəssisənin rəhbərliyinə hesabatlar hazırlayıb təqdim edilməsi;
- Sahədə təsbit edilən uyğunsuzluqlar barədə məlumat vermək və onların aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;
İş qrafiki: 6 günlük iş qrafiki
Əmək haqqı: müsahibə zamanı təyin olunur
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını “ Keyfiyyətə nəzarət üzrə mühəndis ” qeyd edərək, elektron ünvanına göndərilməsi xahiş olunur.