Data üzrə analitik

  • ABB ASC
  • Elanın qoyulma tarixi: 20.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat. 

Görəcəyiniz işlər:

  • Müxtəlif analitik üsul və vasitələrdən (Python, SQL, Qliksense, vəs.) istifadə etməklə məlumatları əldə etmək, analiz etmək və vizuallaşdırmaq;
  • Kompleks biznes/müştəri problemlərinin həll edilməsi üçün məlumatların təhlili nəticəsində proqnozların və tövsiyələrin formalaşdırılması;
  • Bankın biznes yönümlü departamentləri ilə birgə formalaşdırılan komandalarda data üzrə proqnozların formalaşdırılması üzrə cavabdeh şəxs kimi fəaliyyət göstərmək. 

Bizim üçün uyğun namizəd:

  • Ali texniki və ya iqtisadi təhsili olan yüksək səviyyədə SQL və Python biliklərinə, böyük və kompleks data set-ləri ilə işləmə təcrübəsinə;
  • Vizuallaşdırma alətlərindən istifadə təcrübəsinə (Tableau, QlikSense, PowerBI);
  • Bank sahəsində analitik rolda ən azı 2 il təcrübəyə;
  • Güclü kommunikasiya və vaxtın idarə edilməsi bacarıqlarına;
  • Datanın təhlili nəticələrindən istifadə edərək qeyri-texniki dildə öngörüşlərin auditoriyaya çatdırılması qabiliyyətinə;
  • Kreativ düşüncə və problemlərin həllərinə kreativ yanaşma bacarığına sahib olan şəxsdir.

Axtardığımız uyğun namizəd sizsinizsə CV-nizi elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Data üzrə analitik” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. 

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]

İşəgötürənin reytinqi