Data üzrə mühəndis

  • ABB ASC
  • Elanın qoyulma tarixi: 20.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Data warehouse-ların və data mart-larının dizaynı, modelləşdirilməsi, optimallaşdırılması və onlara dəstək xidmətlərinin verilməsi;                                                                                                       
  • Bankın müxtəlif məlumat bazalarınından və sistemlərindən (mənbələrdən) məlumatların toplanılması, transformasiyası və “Business intelligence” alətlərində istifadə üçün hazır vəziyyətə gətirilməsi;
  • ETL və digər data mühəndisliyi alətlərinin konfiqurasiyası və onlara dəstək xidmətlərinin verilməsi.

Bizim üçün uyğun namizəd:

  • Ali texniki və ya iqtisadi təhsilli;
  • ETL alətlərinin istifadəsində geniş təcrübəyə (ODİ  biliklərinə üstünlük verilir);
  • SQL üzrə dəring biliklərə (Oracle PL/SQL  biliklərinə üstünlük verilir);
  • Məlumat bazalarının qurulması və modelləşdirilməsində geniş təcrübə;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • R və ya Python üzrə baza bilikləri olan;
  • Big Data konseptləri üzrə baza biliklərinə sahib olan şəxsdir.

Axtardığımız uyğun namizəd sizsinizsə CV-nizi elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Data üzrə mühəndis” olaraq göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. 

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected] 

İşəgötürənin reytinqi