Rəqəmsal Marketinq üzrə Mütəxəssis

  • Prior Leasing
  • Elanın qoyulma tarixi: 16.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Bütün rəqəmsal platformalarda, müxtəlif saytlarda şirkət tanıtımının təmin edilməsi;
  • Şirkətin biznes məqsədlərinə uyğun olaraq digital media kampaniyalarının hazırlanması, digital kampaniyaların büdcəsinin təyin edilməsi;
  • Rəqəmsal üzrə strateji hədəflərə çatmaq üçün təkliflər hazırlamaq və düzgün targetləmək;
  • Veb-saytın SEO məlumatlarının təqdim edilməsi;
  • Eyni zamanda, şirkətin bütün sosial şəbəkə hesablarının idarə edilməsi;
  • Facebook ADS, LinkedIN ADS və Google ADS kampaniyalarının optimallaşdırılması.
  • Google Analytics, Google Tag Manager, Facebook pixel alətləri ilə işləmək.

Namizədə dair tələblər:

  • Marketinq və ya biznes idarəedilməsi üzrə bakalavr təhsili;
  • Rəqəmsal Marketinq sahəsində minimum 2- 3 illik iş təcrübəsi;
  • Rəqəmsal marketinq sahəsində sertifikatların olması əlavə üstünlükdür;
  • Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
  • Problem həll etmə bacarığı;
  • İngilis və Rus dili- əla səviyyədə.

İş qrafiki:

  • 5 günlük iş həftəsi
  • Ünvan: Chinar Park BM, Ə.Rəcəbli küç., Nərimanov ray.

Maraqlanan namizədlər mövzu yerində “Rəqəmsal Marketinq üzrə mütəxəssis" yazmaqla öz CV-lərini [email protected] e-mail ünvanına göndərə bilərlər.

 

İşəgötürənin reytinqi