Avto-elektrik

  • AVT Logistics
  • Elanın qoyulma tarixi: 16.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Bakı şəhəri

Yaş həddi: 25 - 50 yaş 

Təcrübə : 1-3 il (Avto-elektrik sahəsində )

Vəzifə öhdəlikləri:

  • Sedan və yük avtomobillərində elektrik işlərini görmək;
  • Texnikaların dinaması, starter və digər elektrikli hissələrini təmir etmək, yağlamaq;
  • Gündəlik olaraq təmir olunan bütün maşınlarını müvafiq qaydada yoxlamaq və aşkarlanan nasazlıqları aradan qaldırmaq;
  • Təhkim olunmuş əl alətlərindən düzgün qayda da istifadə etmək, təmiz və səliqəli saxlamaq;
  • Təmir və texniki baxış zamanı aşkar edilən digər nasazlıqlar barədə mexaniki məlumatlandırmaq;
  • İş yerini təmiz və səliqəli saxlamaq, əmək və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək;
  • Təhlükəsizlik standartlarına riayət etməklə böyük dəqiqliklə təmir işlərini aparmaq;

Tələblər:

  • Məsuliyyətli, diqqətli
  • Nəqliyyat vasitələrinin elektronika sistemi üzrə mükəmməl bacarıqlar
  • Elektrik sxemlərini oxumağı bacaran namizədlərə üstünlük verilir

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə
  • Endirimli tibbi xidmət
  • Əmək müqaviləsi

İş qrafiki: 6 günlük

Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Avto elektrik ” yazaraq CV [email protected]  göndərməklə müraciət edilir.