İşin təsviri
Vəzifə öhdəlikləri:
- Məsul olduğu sahə üzrə tikinti, quraşdırma işlərini işçi layihəyə uyğun, inşaat norma və qadağalarına riayət etmək şərti ilə vaxtında və keyfiyyətlə bitirmək;
- Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət edir;
- Tikinti sahəsində ardıcıllığı qorumaqla işlərin təşkili edir və material sərfiyyatında normativdən kənarlaşmamasına nəzarət edir;
- Daxildə olan iş həcmləri layihədən kənarlaşmamasına nəzarət edir;
- Layihələrin eskiz və konstruktiv hissəsi ilə ətraflı tanış olub, işi keyfiyyətli və maliyyəsinə müsbət təsir olan təkliflər verməli.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan dili mükəmməl, rus dili arzuolunandır;
- Müvafiq sahə üzrə 2-3 illik iş təcrübəsi;
- Microsoft Office (Word, Excel, Power Point, Outlook);
- Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;
- Müvafiq hesabatları yazılı və şifahi təqdim etmə bacarığı;
- Detallara diqqətli yanaşmaq.
https://glorri.com/kristalabsheron/61b9e18f61839da2da0b9f6a-T%C9%99mir%20n%C9%99zar%C9%99ti%20%C3%BCzr%C9%99%20m%C3%BCh%C9%99ndis