Hüquq sahəsi üzrə təcrübə proqramı

İşin təsviri

Sizə nə təklif edirik?

  • Regiounun ən böyük logistik mərkəzində, peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq imkanı;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları;
  • Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit;
  • Nəqliyyat, yükdaşımalar, beynəlxalq yükdaşıma prosesləri sahəsində sənədlərlə işləmək imkanları; 
  • Abşeron Logistika Mərkəzinin peşəkar komandasının bir üzvü olmaq şansı.

Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?

  • Hüquq sahəsində ali təhsil;
  • Azərbaycan dili əla səviyyədə, Rus dili orta səviyyədə, İngilis dili arzuolunandır;
  • MS Offise proqramlarında, xüsusilə Word -də yüksək səviyyədə iş bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə, hüquqi ekspertiza etmək bacarıqları;
  • Gülərüzlülük, səliqəlilik və xoş görkəm;
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Aktiv, məsuliyyətli və nəticəyə işləmək bacarığı;
  • Yüksək araşdırma və tədqiqat bacarığı;
  • Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə inkişaf arzusu;
  • Məntiqi təfəkkür və hüquqi təhlil, tətbiq bacarığı;
  • Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
  • Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.

Təcrübə Proqramı hansı fəaliyyətləri əhatə edəcək?

  • Hüquqi sənədlərlə iş, mövcud baza ilə işləmək, bazanı qorumaq, təkmilləşdirmək;
  • Sənədlərin təhlili, hüquqi araşdırılması, müqavilələrin tərtibi, akt və sərəncamları, normativ hüquqi sənədlərin ekspertizasında iştirak;
  • Görüş və təqdimatların təşkili, iştirak;
  • Müştərilər ilə rəsmiləşdirmə üzrə görüşlərdə iştirak;
  • Şirkətin fəaliyyətinin hüquqi təminatı ilə bağlı yaranan məsələlər üzrə rəy verilməsi, hüquqi sənədləri hazırlanması prosesində iştirak etmək;
  • Dövri hesabatların hazırlanması və təqdim edilməsi.

Peşəkar komandamıza qoşulmaq və karyera yüksəlişinizi Mərkəzimizin inkişafı ilə birgə  əldə etmək istəyirsinizsə CV-nizi 15 yanvar 2022-ci il tarixinədək, mövzu hissəsində “Hüquq sahəsində təcrübə proqramı” yazmaqla göndərməyiniz xahiş olunur.