İşin təsviri
                
                
                                
                Vəzifənin rolu:
	- Uğurlu satış həyata keçirilməsi üçün bölmənin həmkarları ilə fəal əməkdaşlıq etmək, həmçinin müvafiq qaydada məlumat mübadiləsi aparmaq
 
Vəzifə öhdəlikləri:
	- Müştərilərin gülərüzlə qarşılanması;
 
	- Satış bölməsində malların kifayət qədər mövcudluğunu və ehtiyyac olduqda artırılmasını təmin etmək (ölçü, rəng, model və s.)
 
	- Müştəri bazasının genişləndirilməsində fəal iştirak etmək;
 
	- Satış texnikasının professional üslublarından effektiv istifadə etmək;
 
	- Müştərilərə mal alınması üçün davamlı seçimlər təklif etmək;
 
	- Geyim əşyalarının müştəri tərəfindən tələb olunan vaxtda və bölməyə çatdırılmasını təmin etmək;
 
	- Şöbədə mövcud olan bütün geyim əşyalarının ölçülərini bilməli və təşkil etməli;
 
	- Məhsul seçimində müştəriyə kömək etmək və çeşidləri təqdim etmək;
 
	- Xüsusu satış üslubu olan Total Look – u mənimsənilməsi;
 
	- İntizam və tabeçiliyə riayət etmək, və hər hansı bir nizamsızlıq baş verərsə rəhbərliyi məlumatlandırmaq;
 
	- Bölmənin imicinin saxlanması (təmizlik, səliqəlilik, reklam vərəqləri, vitrinvə s.);
 
	- Səliqəli görünüşü təmin etmək (forma, gigeyena, qrim və s.).
 
	- Çatışmazlıq baş verərsə mağa meneceriniin rəhbərliyi altında itirilmiş malı axtarmaq.
 
	- Müştərilər və yaxud əməkdaşlar tərəfindən məhsullarin itirilməsi və yaxud oğurlanması hallarının baş verməməsi üçün məhsul çeşidlərinə qarşı diqqətli və məsul olmaq. \
 
	- Rəhbər ilə işləmək marağı və təşəbbüsü göstərməli, rəhbər tərəfindən məsləhət və tövsiyyələri daim axtarmaq.
 
	- Mağazada və anbarda olan malların qiymətlərinin, ölçülərinin, miqdarının və s. məlumatları bilmək və müştərilərə dəqiq məlumat vermək
 
	- Ona təhkim olunmuş (təhvil verilmiş) bütün əmlakların qorunub saxlanmasını təmin edir, talama təhlükəsi olduğu halda dərhal bu haqda ona rəhbərlik edən vəzifəli şəxsə yazılı (elektron daşıyıcı üzərində) məlumat verir.
 
	- Müdiriyyətin və birbaşa rəhbərin bilavasitə əlaqəli digər göstərişlərinin icrası.
 
Təhsil
	- Fərq etmir (ali təhsil arzuolunandır)
 
Dil biliyi
	- Azərbaycan dili-əla, Rus dili-yaxşı
 
Təcrübə
	- Satış sahəsində təcrübə arzuolunandır
 
	- Geyim satışında azı 1 il iş təcrübəsi
 
Əsas  tələblər:
İş haqqında məlumat:
	- İş rejimi: Növbəli qrafik ( həftə ərzində 1 gün istirahət)
 
	- Gün ərzində 1 saat nahar fasiləsi
 
	- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə
 
	- Stabil əmək haqqı + satışdan bonus
 
Professional bacarıqlar və kompetensiyalar
	- Dinləmək və fikir ifadə etmək bacarığı
 
	- Ticarət biznesinin öyrənilməsini və həyata keçirilməsini aktiv nümayiş etdirmək
 
	- Ünsiyyətcillik, gülərüz, təqdimat bacarığı olan
 
	- Dürüstlük və məsuliyyətlilik
 
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış təmsilçisi” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.