Ofis meneceri (Xaçmaz)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Filialın kargüzarlıq işini aparmaq, bölməyə daxil olan sənədləri qəbul etmək, Agentlikdə  qəbul olunmuş qaydaya uyğun olaraq onları sistemləşdirmək və bölmə rəisinə təqdim etmək;
  • Filiala daxil olan sənədləri bölmə rəisinin tapşırığına əsasən iş prosesində istifadə etmək və ya cavablandırılması üçün onu icraçılara təqdim etmək və sənədin yerinə yetirilməsinin icra müddətinə nəzarət etmək;
  • Filialın fəaliyyəti ilə bağlı məlumatları kompüterə daxil etmək, müvafiq çap işlərini və telefon zənglərini həyata keçirmək;   
  • Filialın fəaliyyətinə dair təlim, konfrans, müşavirə və seminarların keçirilməsi ilə əlaqədar hazırlıq işlərini görmək;
  • Telefon zənglərinin həyata keçirilmək, danışıqlar aparılmaq, rəhbərin qəbuluna gələn vətəndaşları qarşılamaq;  
  • Filiala daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin etmək, hesabatlar, arayışlar və məlumatlar hazırlamaq. 

Tələblər:

  • Ali təhsil;
  • Yaş həddi 22-30 aralığı;
  • Azı 1 il iş stajı;
  • Microsoft Office proqramlarında işləmə bacarığı;
  • Rus dilini bilməsi arzuolunandır;
  • Vətəndaşlarla işləmə, fikrini düzgün ifadə etmə və qrammatik yazı bacarığı olmalıdır.

Digər:

  • Əmək haqqı  müsahibənin nəticəsinə əsasən müəyyən olunacaqdır;
  • İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00; 
  • İstirahət günləri: şənbə və bazar günləri;
  • Vakansiya üzrə müraciətin son müddəti: 22 dekabr 2021-ci il
  • İş yerinin ünvanı: Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 17a

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (OFİS MENECER) qeyd edin.