Qida və içki üzrə nəzarətçi (F&B Supervisor)

İşin təsviri

Əsas öhdəliklər:

  • Restoranın Ofisiant heyətinə aydın və başa düşülən iş istiqaməti verməklə, qonaqlara keyfiyyətli xidmət göstərilməsini təmin etmək; 
  • Xidmət müddətində işin səmərəliliyinə və xidmətlərin ardıcıllığına nəzarət etmək və davamlı praktiki dəstəyi göstərmək;
  • Nağd vəsaitlərlə bağlı prosedurların icra olunmasını təmin etmək üçün qastronomiyanın nağd vəsaitlərlə bağlı funksiyasına yaxından nəzarət etmək və yoxlamaq; 
  • İllik biznes planının hazırlanması ilə yanaşı Restoranın planlaşdırılan gəlir və xərclərini, istismar edilən avadanlıqlarını, habelə mebel, qurğular və avadanlıqlar üzrə tələblərin müəyyən edilməsi üçün illik əməliyyat büdcəsi işləyib hazırlamaq; 
  • Restoranın müəyyən edilmiş ilkin layihəyə müvafiq olaraq effektiv şəkildə idarə edildiyini təmin etmək;
  • Restoranın Qonaq Məmnunluğu və Şikayətlərə Baxılma Proseduralarına uyğunluğu təmin etmək üçün qonaq məmnunluğunu yoxlamaq, onun rəy və şikayətlərinə cavab vermək; 
  • Hər hansı şikayət, qonaqdan mənfi rəy, məmnunluq və ya otelin fəaliyyəti ilə bağlı Şöbə müdiri / Şöbə müdirinin müavininə məlumat vermək; 
  • Qonağın tanınmasında qonaqların məlumat bazasından istifadə etmək; 
  • Restoranın işi, o cümlədən Standart İş proseduralarının yenilənməsi və ya onlara hər hansı əlavələrin edilməsi və yaxud hər hansı hissələrin silinməsi ilə bağlı lazım olan təkmilləşmələrə dair Şöbə müdiri / Şöbə müdirin müavininə təklif vermək; 
  • İşçilərin fəaliyyətinin qiymətləndirməsi, təlimləndirilməsi və onlara konsultasiya verilməsini mütəmadi olaraq aparmaq.

Namizəd üçün tələblər:

  • Minimum 1 il restoranlarda supervayzer və daha yüksək vəzifədə iş təcrübəsi 
  • Azərbaycan və Rus dilinə mükəmməl hakimiyyət, İngilis dili arzuolunandır. 
  • Otel təcrübəsi olanlara üstünlük veriləcək
  • Ali təhsil arzuolunandır.

Təklif edirik:

  • Tibbi sığorta (fərdi)
  • Perspektiv və inkişaf
  • Əmək haqqı – 600 AZN 
  • Bakıdan Lənkərana transfer
  • Yaşamaq üçün ev – paylaşılan otaq (shared room)
  • İş qrafiki: Növbəli
  • Gündə 3 dəfə qidalanma
  • Tam rəsmi qeydiyyat 

CV nümunələri “Qida və içki üzrə nəzarətçi” başlığı ilə [email protected] e-mail ünvanına gödərilməlidir