Turizm üzrə satış koordinatoru

  • Company
  • Elanın qoyulma tarixi: 09.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Müxtəlif ölkələrə fərdi turların hazırlanması;
  • Mövsümə və tələbə uyğun turların axtarılması və reklam bölməsinə ötürülməsi;
  • Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması;
  • Otellərin axtarılması və müştərilərə təklif olunması;
  • Tur paketlərin alınması üçün bütün lazımi sənədlərin hazırlanması;
  • Tur paketlərin bronlaşdırılması;
  • Yeni partnyorların araşdırılması və onlarla müqavilə bağlanılması;
  • Daxili və xarici partnyorlar ilə əlaqələr qurmaq və işgüzar yazışmalar aparmaq;

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə ən azı 2 il iş təcrübəsinə malik olmaq;
  • Səlis və işgüzar danışıq bacarığı;
  • Kompüterdə işləmək bacarığı (MS Office programları, İnternet, MS Outlook, və s.);
  • Azərbaycan və rus dillərini mükəmməl bilmək, ingilis dili üstünlükdür;

Xahiş olunur CV-lərinizi 30 Dekabr 2021-ci il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “Turizm üzrə satış koordinatoru” qeyd etməklə [email protected] göndərəsiniz.

Xahiş edirik, nəzərə alasınız ki, yalnız seçilən namizədlərlə əlaqə saxlanılacaq.