Mühasib köməkçisi

İşin təsviri

Bizim üçün ideal namizəd:

  • Yalnız xanım namizədlər.
  • Maliyyə, mühasibatlıq və ya İqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsilli,
  • Mühasibatlıq sahəsində ən azı 2 illik iş təcrübəsi olan.
  • MS Office və mühasibatlıq proqramlarını yüksək səviyyədə biləndir,
  • İdarəetmə, ünsiyyət, işgüzarlıq, əməkdaşlıq baxımından yüksək bacarıqlara sahib olmalı,
  • Milli uçot standartlarını bilməli,
  • Azərbaycan, rus, və ingilis dillərini yaxşı səviyyədə həm şifahi, həm də yazılı bilməlidir.

Hansı işləri görəcəksiniz:

  • Akkreditiv, bank qarantiyası, kreditlərin götürülməsi və s. Bank əməliyyatlarının aparılması (açılıb, bağlanması),
  • Tender sənədlərinin toplanması və təqdim olunması.
  • Elektron qaimə-fakturaların tərtib olunması və göndərilməsi
  • Şirkətə gələn mal alış sənədlərinin (qaimələrinin), müştərilərdən köçürmə yolu ilə cari hesaba daxil olan ödəmələrin müvafiq qaydada yoxlanılıb müvafiq proqrama daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət etmək;
  • Büdcə hazırlanması və xərclərə nəzarətin təmin edilməsi,
  • Debitor kreditor borcların hazırlanıb təqdim edilməsi.

Əlavə məlumatlar:

  • Əmək haqqı 600-700 AZN
  • Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:30 – 18:00, 5 günlük iş həftəsi
  • İş yeri Hövsan qəsəbəsi, Hövsan Dəniz limanında yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mühasib köməkçisi” yazaraq [email protected]  göndərilməsi xahiş olunur.

Azsafety Production tərəfindən digər vakansiyalar