İşin təsviri
Vəzifə öhdəlikləri:
- Təsdiq olunmuş İllik Audit Planına və rəhbərin göstərişlərinə uyğun olaraq təyin edilmiş audit layihələrində, monitorinq və təqib auditlərdə və xüsusi auditlərdə iştirak etmək;
- Audit layihəsi çərçivəsində müəyyən edilmiş audit prosedurlarını həyata keçirmək (biznes proseslərinin sahibləri ilə müsahibələr aparmaq, məlumat toplamaq, əldə edilmiş məlumatları təhlil etmək və s.) və aşkar edilmiş çatışmazlıqlar barədə layihə rəhbərinə məlumat vermək;
- Audit layihəsi çərçivəsində həyata keçirilən risklərin idarə edilməsi, monitorinq və idarəetmə proseslərinin effektivliyinin qiymətləndirilməsi;
- Aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün şirkət rəhbərliyi tərəfindən razılaşdırılmış audit tövsiyyələrin icrasına nəzarət edilməsi;
- Audit layihəsi üzrə iş proqramının hazırlanmasına rəhbərliyə köməklik göstərmək;
- Audit hesabatının hazırlanmasında rəhbərə dəstək olmaq;
- Auditin həcmi və vaxtı haqqında hesabatın hazırlanmasına köməklik göstərmək;
- Layihə rəhbəri və Daxili Audit Departamentinin direktoru tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
- İşgüzar səfərlər həyata keçirtmək;
Namizədə tələblər:
- Ali iqtisadi təhsil;
- Müvafiq iş təcrübəsi: 3 ildən çox;
- Vergi və əmək qanunvericiliyi üzrə biliklər
- CIA / CFSA / ACCA / CPA / CIMA / CISA / CFA (L1) üstünlükdür.
- İstehsal sektorunu tənzimləyən normativ sənədləri bilməsi arzuolunandır;
- Audit prosedurlarının yerinə yetirilməsi üçün müvafiq sektor və biznes prosesləri haqqında biliklər;
- Detallara yüksək diqqət və əla analitik bacarıqlar;
- Ünsiyyət bacarıqları;
- Müstəqil və ya komanda daxilində, az və ya heç bir nəzarət olmadan işləyə və ardıcıl müstəsna iş yarada bilən;
- Audit standartları və prosedurları, qanunlar, qaydalar üzrə biliklər;
- MS Office, mühasibat proqramları və verilənlər bazaları üzrə qabaqcıl kompüter bacarıqları;
İş yeri: Bakı şəh.
İş qrafiki : 5 günlük (09:00 – 18:00)
Əmək haqqı: Razılaşma yolu ilə.
Namizədlərdən xahiş olunur ki, şəkil əlavə olunmuş tərcümeyi hallarını e-mail ünvanına 30.12.2021 ci il tarixinə qədər mövzu yerində “Aparıcı Audit mütəxəssisi ” qeyd edərək [email protected] göndərsinlər. Vəzifə tələblərinə uyğun olmayan müraciətlərin namizədliyinə baxılmayacaqdır.